Pakistan səfirliyi: “20 Yanvar faciəsi qurbanlarını yad edən bacı-qardaşlarımıza qoşuluruq”

Pakistanın ölkəmizdəki səfirliyi 20 Yanvar faciəsi qurbanlarını yad edən xalqımıza qoşulduğunu bildirib.
Bu barədə səfirliyin tviterdəki səhifəsində paylaşım edilib.
“20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edən azərbaycanlı bacı-qardaşlarımıza qoşuluruq və Azərbaycanın müstəqilliyi naminə onların xatirəsini ehtiramla anırıq”, – səfirliyin paylaşımında qeyd olunub.