Oğrular dükanı rəqs edərək soydular – VİDEO

Türkiyənin İstanbul şəhərində telefon dükanını soyan oğruların rahat hərəkətləri hər kəsi heyrətləndirib. Belə ki, onlar bir tərəfdən qarətlə məşğul olur, digər tərəfdən də rəqs edirlər.

Baş verənlər ofisin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Bu barədə “Hürriyyət” xəbər yayıb.

Ümumilikdə 20 dəqiqə mağazada olan oğrular 40 ədəd cib telefonu və kassa aparatını özləri ilə aparıblar.

“Oğurladıqları telefonlara və pullara deyil, oğurluq edərkən rəqs etmələrinə yandım”, – deyə mağazanın sahibi bildirib.

Rəylər

OXŞAR XƏBƏRLƏR