Cəmiyyət

Liviya lideri də İlham Əliyevə zəng etdi

07 Mar 2026, 18:44 2 baxış
Liviya lideri də İlham Əliyevə zəng etdi

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis əl-Mənfi martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.


Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Məhəmməd Yunis əl-Mənfi İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumunu qınayıb.


Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.


Telefon söhbəti zamanı Azərbaycanla Liviya arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər