Cəmiyyət

Daha bir marşrutun avtobusları yenilənir: gediş haqqı...

07 Mar 2026, 14:58 2 baxış
Daha bir marşrutun avtobusları yenilənir: gediş haqqı...

Metronun “28 May” stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 9-dan Bakı Bus MMC xəttin istismarını həyata keçirəcək.


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Axar.az-a bildirilib ki, marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək.


Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gediş haqqı 0,60 AZN müəyyən edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər