Cəmiyyət
İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...
10:51
ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlar səbəbindən bu ölkədən ümumilikdə 1761 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Axar.az xəbər verir ki, onlar 66 ölkənin vətəndaşlarıdır.
Fevralın 28-i saat 08:00-dən martın 7-si saat 10:00-a qədər isə 297 Azərbaycan vətəndaşı ölkəmizə qayıdıb.
***
Fevralın 28-i saat 08:00-dan martın 7-i saat 14:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1797 nəfər təxliyə edilib.
Təxliyə olunanların 297-si Azərbaycan vətəndaşıdır.
Mənbə
axar.az