Digər
Tramp İranın kapitulyasiyasını tələb etdi
İranla qeyd-şərtsiz kapitulyasiyadan başqa heç bir razılaşma olmayacaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
“Bundan sonra və layiqli lider(lər)in seçilməsindən sonra biz və bir çox müttəfiqlərimiz, tərəfdaşlarımız İranı məhv olmaq astanasından geri çəkmək üçün yorulmadan çalışacağıq, onu iqtisadi cəhətdən əvvəlkindən daha böyük, yaxşı və güclü edəcəyik”, - Tramp qeyd edib.
Mənbə
axar.az