Digər

İsrail ordusu Beyruta 26 hava zərbəsi endirdi - Video

06 Mar 2026, 11:22 2 baxış
İsrail ordusu Beyruta 26 hava zərbəsi endirdi - Video

İsrail ordusu Beyrutun cənubundakı Dahiyə (Dhahiyeh) qəsəbəsinə 26 dəfə hava zərbəsi endirib.


Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.


Məlumata görə, hücumlar Hizbullah tərəfindən istifadə olunduğu iddia edilən müxtəlif infrastrukturları, o cümlədən təşkilatın İcra Şurasının qərargahını və PUA-ların saxlanıldığı anbarı hədəf alıb.


Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, bazar ertəsindən etibarən İsrailin Livana, o cümlədən Beyruta endirdiyi zərbələr nəticəsində ümumilikdə 123 nəfər həlak olub, 683 nəfər yaralanıb.


Qeyd edək ki, İsrail ordusu Livandan gələn hücumlara (martın 2-də) cavab olaraq genişmiqyaslı əməliyyatlara başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər