Digər

Azərbaycanın yeni dron mütəxəssisləri hazırlıq kursunu bitirdilər

06 Mar 2026, 11:00 2 baxış
Azərbaycanın yeni dron mütəxəssisləri hazırlıq kursunu bitirdilər
Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) nəzdində "Bayraktar Teknoloji" Azərbaycan Uçuş Hazırlığı Təlim Mərkəzində "Bayraktar TB2" sistemi üzrə mütəxəssislərin hazırlığı kursunun birinci buraxılış mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. General-mayor Həsən Əlövsədov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Tədbirdə kursun əhəmiyyəti vurğulanaraq qeyd olunub ki, bu cür kurslar hərbi qulluqçuların ixtisaslara yiyələnməsinə, bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də peşəkarlığının artırılmasına müsbət təsir göstərir. Buraxılış mərasiminin sonunda kursu bitirənlərə sertifikatlar təqdim olunub.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər