Digər
Türkiyəyə raket atılması... - Rutte
Türkiyədə baş verən raket hadisəsini pisləyirik.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.
“NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”, - o bildirib.
Qeyd edək ki, dünən Türkiyə Milli Müdafiə Nazirliyi İrandan atılan və Türkiyə hava məkanına doğru getdiyi aşkarlanan ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlamışdı.
Raketin qalıqları Hatay bölgəsinə düşüb.
Mənbə
axar.az