Digər
Paşinyanın qardaşı Rusiya vətəndaşı imiş
Ermənistanın Baş naziri Nikol Paşinyan qardaşı Armen Paşinyanın Rusiya vətəndaşı olması barədə yayılan xəbərlərdən danışıb.
Axar.az Unikal-a istinadla xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlama verib.
Paşinyan bildirib ki, yüz minlərlə Ermənistan vətəndaşı kimi, qardaşı da 90-cı illərin ikinci yarısında Rusiyaya köçüb və orada yaşayıb.
Siyasətçi jurnalistlərin Ermənistanın təhlükəsizlik orqanlarına qohumunun fəaliyyətinin araşdırılması ilə bağlı göstəriş verib-vermədiyi sualını isə cavablandırmayıb.
Mənbə
axar.az