Cəmiyyət
Azərbaycanda hakimlərin sayının 700-ü keçməsi planlaşdırılır
"Azərbaycanda bu il hakimlərin sayının 700-ü keçməsi proqnozlaşdırılır". Oxu.Az xəbər verir ki, bu fikirləri Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərimin II Forumunda deyib. O bildirib ki, 2025-ci ildə məhkəmələrdə iş yükü əhəmiyyətli dərəcədə artıb, amma buna baxmayaraq, hakimlərin peşəkarlığı, yüksək məsuliyyət hissi və çevikliyi sayəsində işlərə vaxtında baxılması təmin edilib: "Bundan başqa, məhkəmələrin yüksəkixtisaslı kadrlarla təmin olunması istiqamətində işlər davam etdirilib. Şəffaf seçim mexanizmi əsasında 83 yüksəkhazırlıqlı hüquqşünas hakim vəzifəsinə təyin olunub. Beləliklə, hakim korpusunun sayı 676 nəfərə çataraq ilk dəfə maksimum həddə yüksəldilib. Bu il isə hakimlərin sayının 700-ü keçməsi proqnozlaşdırılır. Bu, həm iş yükünün optimallaşdırılmasına, həm də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına töhfə verəcək". Məlik Məlikov
Mənbə
oxu.az