Cəmiyyət

Bakıda I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov dəfn olundu

20 Feb 2026, 11:02 2 baxış
Bakıda I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov dəfn olundu
Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş Rafiq Hüseyn oğlu Hüseynovun dəfn mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Onun nəşinin qalıqları torpağa tapşırılmaq üçün Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanına gətirilib. Xatırladaq ki, Rafiq Hüseynov 16.04.1974-ci il aprelin 16-da Ağdam rayonu, Qiyaslı kəndində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonu, Sırxavənd kəndi istiqamətində itkin düşüb. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər