Cəmiyyət

Ötən gün Bakıda 26 dərəcə isti olub

20 Feb 2026, 10:17 2 baxış
Ötən gün Bakıda 26 dərəcə isti olub

Fevralın 20-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı və küləkli keçib.


Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.


Düşən yağıntının miqdarı Naxçıvan, Şahbuz, Astara, Daşkəsən, Balakən, Qax (Sarıbaş), Xaçmaz, Zaqatala, Quba, Şahdağ, Sabirabadda 1 mm-dək qeydə alınıb.


Fevralın 19-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 18, Aran rayonlarında 25, dağlıq rayonlarda 15 dərəcəyədək isti müşahidə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər