Cəmiyyət

Penitensiar Xidmətinin Mühafizə alayına yeni komandir təyin edilib - Nazir əmr izaladı

19 Feb 2026, 18:30 2 baxış
Penitensiar Xidmətinin Mühafizə alayına yeni komandir təyin edilib - Nazir əmr izaladı
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının komandiri vəzifəsinə təyinat həyata keçirilib. Oxu.Az xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mühafizə alayının komandirinin müavini, polkovnik-leytenant Bəxtiyar Məmmədov alayın komandiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Bəxtiyar Məmmədov 1987-ci ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2010-cu ildə daxili işlər orqanlarında başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin iyun ayından xidmətini ədliyyə orqanlarında davam etdirərək Mühafizə alayının komandirinin müavini vəzifəsinə təyin edilib. Məlumat üçün qeyd edək ki, Bəxtiyar Məmmədova 2025-ci ilin sentyabr ayından etibarən Mühafizə alayının komandiri vəzifəsinin icrası həvalə edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər