Cəmiyyət

Dəniz Əsədovaya ittiham elan edildi

19 Feb 2026, 18:03 2 baxış
Dəniz Əsədovaya ittiham elan edildi

Amnistiya aktı ilə azadlığa buraxılan müğənni Dəniz Əsədovaya ittiham elan edilib.


Axar.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə ona qarşı Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü (təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3 (rüşvət verməyə təhrik etmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.


Məhkəmənin növbəti prosesi martın 19-na təyin edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər