Cəmiyyət
Komitə sədri məişət zorakılığı statistikasını açıqladı - Ötən il neçə mühafizə orderi verilib?
"Keçən il ərzində məişət zorakılığı zəminində daxil olmuş şikayətlər tərəfimizdən nəzarətə alınıb və nəticədə 109 nəfər vətəndaş mühafizə orderi ilə təmin edilib". Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2025-ci ilin yekunlarına dair hesabat konfransında deyib. Komitə sədri vurğulayıb ki, 2023-cü ilin göstəriciləri ilə müqayisədə Dövlət Komitəsinə edilən müraciətlərə əsasən təqdim olunan mühafizə orderlərinin sayında 30% artım müşahidə olunub: "Statistikaya əsasən, 2022-ci ildə 46, 2023-cü ildə 83, 2024-cü ildə isə 108 vətəndaşa mühafizə orderi verilib". Aygün Mirakif
Mənbə
oxu.az