Cəmiyyət
Azərbaycanda orqan köçürülməsindən sonra sağlam uşaq dünyaya gətirənlərin sayı açıqlandı
Ölkəmizdə son on il ərzində böyrək və qaraciyər köçürülməsi əməliyyatı keçirən 38 qadın sağlam körpə dünyaya gətirməyə müvəffəq olub. Oxu.Az-ın "Report"a istinadla verdiyi məlumata görə, bu statistikanı Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi açıqlayıb.
Mütəxəssis qeyd edib ki, hazırda həmin anaların və onların övladlarının sağlamlıq vəziyyəti qaydasındadır və onlar normal həyatlarını davam etdirirlər: "Bəhs edilən dövr ərzində böyrək transplantasiyası əməliyyatı olunan 20 qadın ümumilikdə 21 uşaq dünyaya gətirib. Həyata keçirilən transplantasiya əməliyyatlarından sonra üç qadının hər biri üç sağlam övlad sahibi olub. Bir pasiyent isə əkiz uşaq dünyaya gətirib. Bununla bərabər, qaraciyər köçürülməsi icra edilən 18 qadın da ana olmaq sevincini yaşayıb. Qaraciyər transplantasiyası keçirən xanımlardan biri isə üç uşaq dünyaya gətirib". Qeyd edək ki, 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə olaraq meyit donordan orqan köçürülməsi əməliyyatı baş tutub. Həmçinin, 2025-ci il oktyabrın 31-də Qafqaz regionunda ilk dəfə məhz Azərbaycanda meyit donordan ürək transplantasiyası həyata keçirilib.

Mənbə
oxu.az