Cəmiyyət

30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI

13 Feb 2026, 14:37 2 baxış
30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI
Birinci Qarabağ müharibəsinin mülki şəhidi Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb. Oxu.Az-ın məlumatına görə, onun nəşi yaxın günlərdə ailəsinə veriləcək. Qeyd edək ki, B.Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda doğulub. O, Zar kənd sovetinin sədri vəzifəsində işləyib. Erməni qoşunları Kəlbəcəri işğal edərkən 5 aprel 1993-cü ildə Kəlbəcər rayonu ərazisində itkin düşüb. 8 aprel 1993-cü ildə ermənilər tərəfindən öldürülüb. İndiyə qədər mərhumun məzar yeri bilinmirdi. Onun ailəsi Kəlbəcər rayonundan qaçqın düşdükdən sonra Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşıb. Xatırladaq ki, bir müddət əvvəl də Birinci Qarabağ müharibəsində itkin düşən Rəsul Ağayevin nəşi tapılaraq ailəsinə təhvil verilmişdi.
{{gallery}} Rəşid Qarayev
Mənbə oxu.az

Oxşar Xəbərlər