Cəmiyyət

Kəlbəcərdə itkin düşən şəxsin 33 il sonra nəşi tapıldı - Foto

13 Feb 2026, 14:53 2 baxış
Kəlbəcərdə itkin düşən şəxsin 33 il sonra nəşi tapıldı - Foto

1993-cu ildə Kəlbəcər rayonunda itkin düşmüş Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.


Axar.az Teleqraf.az-a istinadən xəbər verir ki, yaxın günlərdə mərhumun nəşi ailəsinə təhvil veriləcək.


Bahadur Kamalovun oğlu Oqtay Kamalov açıqlamasında faktı təsdiqləyib.


O bildirib ki, atasının nəşi Kəlbəcərdə dəfn olunacaq.


Qeyd edək ki, Bahadur Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda anadan olub və Zar kənd sovetinin sədri vəzifəsində çalışıb. 1993-cü il aprelin 5-də erməni silahlı qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi zamanı itkin düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər