Cəmiyyət
Bələdiyyələrin ötən il abadlıq işlərinə xərclədiyi vəsaitin məbləği AÇIQLANDI
"Yerli özünüidarəetmə orqanları tərəfindən vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılması və həssas əhali qruplarının sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində müvafiq layihələrin reallaşdırılmasına xüsusi diqqət yetirilir". Oxu.Az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov fevralın 13-də parlamentin plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun 2025-ci il üzrə illik məruzəsini təqdim edərkən deyib.
Nazir müavini qeyd edib ki, bununla yanaşı, əhalinin rahat həyat şəraitinin təmin edilməsi, bələdiyyə torpaqlarının səmərəli planlaşdırılması, ərazilərin abadlaşdırılması, eləcə də təsərrüfat və sosial infrastrukturun inkişaf etdirilməsi məqsədilə davamlı addımlar atılır: "Bu fəaliyyət çərçivəsində 2025-ci il ərzində bələdiyyələr tərəfindən abadlıq və quruculuq işlərinə təxminən 10 milyon manat, sosial müdafiə və sosial təminat məsələlərinə 1.7 milyon manatdan artıq, gənclər siyasəti, təhsil və digər sosialyönümlü tədbirlərlə əlaqədar layihələrə isə 500 min manata yaxın vəsait yönəldilib". Samir Əli

Mənbə
oxu.az