Cəmiyyət

Qaradağda yaşayış binasındakı yanğın zamanı tüstüdən zəhərlənənlərin son vəziyyəti - VİDEO

13 Feb 2026, 11:12 2 baxış
Qaradağda yaşayış binasındakı yanğın zamanı tüstüdən zəhərlənənlərin son vəziyyəti - VİDEO
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin son vəziyyəti açıqlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib ki, fevralın 12-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən yanğınla əlaqədar səkkiz nəfər şəxs (iki kişi, altı qadın) tüstüdən zəhərlənmə səbəbi ilə KTM-in Toksikologiya şöbəsinə hospitalizasiya olunub. "Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən hamısı ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər