Cəmiyyət

Bakıda 10 yaşlı məktəbli qəfil vəfat etdi

13 Feb 2026, 11:37 2 baxış
Bakıda 10 yaşlı məktəbli qəfil vəfat etdi
Bakıda 4-cü sinif şagirdi qəfil vəfat edib. Oxu.Az xəbər verir ki, 211 nömrəli məktəbin şagirdi olan Elcan Məmmədovun qripdən dünyasını dəyişdiyi bildirilir. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 12-də saat 06:38-də Yasamal rayonundan çağırış qeydə alınıb. "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 2016-cı il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər