Cəmiyyət

Bakıda 10 yaşlı məktəbli qripdən öldü - Foto

13 Feb 2026, 11:53 2 baxış
Bakıda 10 yaşlı məktəbli qripdən öldü - Foto

Bakıda 4-cü sinif şagirdi qəfil vəfat edib.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, 211 nömrəli məktəbin şagirdi olan Elcan Məmmədovun qripdən dünyasını dəyişdiyi bildirilir.


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, fevralın 12-də saat 06:38-də Yasamal rayonundan çağırış qeydə alınıb.


"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 2016-cı il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər