Digər

Bu mübarizə hakimiyyət uğrundadır - Hacisadeqi

05 Feb 2026, 18:24 19 baxış
Bu mübarizə hakimiyyət uğrundadır - Hacisadeqi

Düşmənin əsas məqsədi İranın təslim olmasıdır. Düşmən istəyir ki, İran onun əmrində olsun, raket və nüvə məsələləri əsas məqsəd deyil.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İranın Ali rəhbəri Əli Xameneinin İnqilab Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdullah Hacisadeqi deyib.


“Məqsəd odur ki, İran ABŞ-ın sözündən çıxmasın. Bu mübarizə hakimiyyət uğrundadır: hakim kim olacaq - Allah, yoxsa tağut? Məsələ budur”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər