Digər

1443-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

05 Feb 2026, 15:15 2 baxış
1443-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1443-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 112 596 PUA-sı, 650 zenit-raket kompleksi, 27 503 tank və digər zirehli texnikası, 1 659 reaktiv yaylım atəş sistemi, 33 080 artilleriya və minaatanı, 53 713 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər