Cəmiyyət
Ağcabədidə dəm qazından zəhərlənənlərin son durumu açıqlandı
Ağcabədi rayonunda dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, fevralın 4-də saat 02:50-də zəhərlənmə şübhəsi ilə dörd nəfər (qadın, üçü azyaşlı olmaqla) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Onlarda dəm qazının toksiki təsirindən zəhərlənmə diaqnozu qeydə alınıb. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar". Aygün Mirakif
Mənbə
oxu.az