Cəmiyyət

Dayısından miras qalan sənəti oğluna da öyrədib - Papaqçılığı ənənəyə çevirən Sadu Xalayevin emalatxanasından reportaj

05 Feb 2026, 13:56 2 baxış
Dayısından miras qalan sənəti oğluna da öyrədib - Papaqçılığı ənənəyə çevirən Sadu Xalayevin emalatxanasından reportaj
Ailə Biznesinə Asan Dəstək (ABAD) layihəsinin aktiv iştirakçısı olan Sadu Xalayev 35 ildən çoxdur ki, papaqçılıq sənəti ilə məşğuldur. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, 62 yaşlı ABAD-çı S.Xalayev ailəsindən ona miras qalan bu sənəti uğurla davam etdirir. O, hazırda şəxsi emalatxanasında müxtəlif çeşidlərdə papaqlar hazırlayır. Xalayev papaqçılığın sirlərini dayısından öyrənib, illər sonra isə bu qədim sənəti öz oğluna ötürərək ailə ənənəsinə çevirib. Müştərilərinin əksəri din xadimləri, aşıqlar və xanəndələr olan Sadu Xalayev deyir ki, son zamanlar papaqçılığa maraq azalsa da, o, öz əl işlərini sevgi və həvəslə hazırlayır. Bu sənəti ailə ənənəsinə çevirən Sadu Xalayev ilə fotoreportajı təqdim edirik.
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər