Digər

Rusiyadan xəbərdarlıq: İrəvanın bunu anlaması vacibdir

05 Feb 2026, 10:09 2 baxış
Rusiyadan xəbərdarlıq: İrəvanın bunu anlaması vacibdir

Ermənistan nəzərə almalıdır ki, AB Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi birliyə çevrilir.


Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.


“İrəvanın AB-nin getdikcə iqtisadi blok modelindən uzaqlaşdığını anlaması vacibdir. Ermənilər hərbi-siyasi birliyə qoşulmağa hazırdırlarmı? Bəlkə, ermənilər də özlərinə eyni sualı verməli olacaqlar”, - o bildirib.


Overçuk qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələrin vacibliyini anlayır və onların kəsilməsi ölkə iqtisadiyyatına təsir edəcək:


“Avrasiya İttifaqı Ermənistanın ən vacib iqtisadi tərəfdaşıdır və yaxın gələcəkdə də belə qalacaq. Bundan əlavə, müşahidə edirik ki, Ermənistan təkcə Rusiya ilə deyil, həm də Aİİ-nin digər üzvləri, xüsusən də Qazaxıstanla əlaqələrini fəal şəkildə inkişaf etdirir. Lakin eyni zamanda, Ermənistanda, o cümlədən ölkə rəhbərliyində AB ilə yaxınlaşmaq istəyən kifayət qədər çox insan var”.

Mənbə axar.az

Oxşar Xəbərlər