Digər

"Epşteyn işi" Rusiya KQB-si tərəfindən əvvəlcədən planlaşdırılmış bir əməliyyatdır?

05 Feb 2026, 01:24 2 baxış
"Epşteyn işi" Rusiya KQB-si tərəfindən əvvəlcədən planlaşdırılmış bir əməliyyatdır?
Getdikcə daha çox şərhçi və ekspert bu pedofiliya qalmaqalının Rusiya KQB-si tərəfindən əvvəlcədən planlaşdırılmış bir əməliyyat olması ehtimalının yüksək olduğunu düşünür. İlk növbədə bu, ABŞ-nin elitaları üçün qurulmuş bir tələdir. Söhbət "Epşteyn işi" olaylarından, cinsi pedofiliya və digər cinayətlərlə bağlı məsələlərdən gedir.
Polşanın baş naziri deyir ki, Rusiya kəşfiyyat xidmətlərinin bu əməliyyatı Polşa dövlətinə qarşı təşkil etmə ehtimalının nə qədər ciddi olduğunu söyləməyə də ehtiyac yoxdur. Əlavə edir ki, onlarda bu gün də fəaliyyətdə olan bir çox liderə qarşı kompromat materialları var. Polşada Ceffri Epşteynlə Rusiya kəşfiyyatı arasında mümkün əlaqələri, eləcə də bunun Varşavaya hər hansı təsiri, xüsusilə də onun dediyi kimi bu işdə Rusiya gizli xidmət orqanlarının mümkün iştirakını araşdırmaq üçün qrup yaradılacaq. Varşavadakı Rusiya səfirliyi bu barədə elektron poçtla göndərilən sorğuya şərh verməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər