Cəmiyyət
Qusarda aşan mikroavtobusda xəsarət alan şəxslərin son durumu məlum olub
Qusarda aşan mikroavtobusda xəsarət alan şəxslərin vəziyyəti məlum olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 4 fevral saat 13 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 4 nəfər (qadın) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarın nahiyəsinin küt travması, bədənin müxtəlif nahiyələrinin əzilmiş, sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib: "Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib".
Mənbə
oxu.az