Digər

Misirdə investisiyalarımız 4 milyarda çatır - Ərdoğan

04 Feb 2026, 23:41 2 baxış
Misirdə investisiyalarımız 4 milyarda çatır - Ərdoğan

Türkiyənin Misirdə investisiyalarının həcmi 4 milyard dollara çatır.


Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birlikdə iştirak etdiyi Misir-Türkiyə Biznes Forumunda deyib.


Ərdoğan qeyd edib ki, Misirlə azad ticarət sazişinin yenilənməsi üzərində iş davam edir. Yeni sənəd kənd təsərrüfatı məhsullarını da əhatə edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər