Cəmiyyət

Baş direktor: "Narkoloji Mərkəzdə məcburi müalicə formasında çoxalmalar müşahidə olunur"

04 Feb 2026, 17:58 2 baxış
Baş direktor: "Narkoloji Mərkəzdə məcburi müalicə formasında çoxalmalar müşahidə olunur"
"Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzə müalicə məqsədilə müraciətlər hamısı könüllüdür və bu müraciətlər əvvəlki ilə nisbətən azalıb". Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov açıqlayıb. Onun sözlərinə görə, xəstələr xüsusilə paytaxtda yaşayanlar Bakı Şəhər Narkoloji Mərkəzində ambulator müalicələr alırlar: "Bir çox xəstələr anonim müalicə almaq hüququndan istifadə edərək ambulator və ya ev şəraitində müalicə olunurlar. Məcburi müalicə Azərbaycan qanunvericiliyinə görə məhkəmə tərəfindən tətbiq olunur və bu müalicə formasının sayında da çoxalmalar müşahidə olunur". Baş direktor qeyd edib ki, ümumən narkotiklərdən istifadə, onun sosial, tibbi, psixoloji və hüquqi fəsadları haqda əhalinin maarifləndirilməsi nəticəsində bu xəstəlikdən əziyyət çəkən şəxslərin narkoloji tibb müəssisələrinə müraciətlərini artırır: "Qeyd edək ki, bütün dünya üzrə narkotik asılılığı olan şəxslərin hər altı nəfərindən biri müalicə ala bilirsə, bu rəqəm Azərbaycanda 6-nın 6-yadır. Yəni hər bir xəstə istər anonim şəkildə, istərsə də adi qaydada narkoloji müəssisədə müalicə ala bilir".
Mənbə oxu.az

Oxşar Xəbərlər