Digər

Rusiya ordusu bazarı vurdu: 7 ölü, 15 yaralı

04 Feb 2026, 17:46 2 baxış
Rusiya ordusu bazarı vurdu: 7 ölü, 15 yaralı

Rusiya ordusu Donetsk bölgəsindəki Drujkovka şəhərini kasetli sursatlarla atəşə tutub, nəticədə 7 nəfər ölüb, 15 nəfər isə yaralanıb.


Axar.az xəbər verir ki, bu barədə Donetsk vilayətinin rəhbəri Vadim Filaşkin Teleqramq kanalında bildirib.


“Zərbə birbaşa səhər saatlarında insanların kütləvi toplaşdığı bazara endirilib”, - vilayət rəhbəri qeyd edib.


Onun sözlərinə görə, sənaye zonası, üç hündürmərtəbəli bina və üç fərdi ev zədələnib.

Mənbə axar.az

Oxşar Xəbərlər