Digər

Rusiyada məktəbli sinif yoldaşını yandırdı

04 Feb 2026, 14:08 2 baxış
Rusiyada məktəbli sinif yoldaşını yandırdı

Rusiyanın Krasnoyarsk şəhərində 8-ci sinif şagirdi öz sinif yoldaşının üzərinə benzin tökərək, onu yandırıb.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.


Məlumata görə, şagird benzini özü ilə məktəbə gətirib, əvvəlcə tualetə, daha sonra dərs otağında sinif yoldaşına od vurub.


Məktəbin əməkdaşları uşağı söndürə biliblər. Onun kürəyi, üzü və ətrafları 2-3-cü dərəcəli yanıq xəsarətləri alıb.


Hazırda onun həyatı üçün təhlükə yoxdur.


Yanğını törədən şagird saxlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər