Digər

Xəzərdən qlobal bazara: "Baku Caviar" "Gulfood 2026" sərgisində

04 Feb 2026, 10:39 2 baxış
Xəzərdən qlobal bazara: "Baku Caviar" "Gulfood 2026" sərgisində
Dubayda keçirilən "Gulfood" sərgisi haqlı olaraq qida və içki (F&B) istehsalçıları və təchizatçıları üçün ən önəmli beynəlxalq platformalardan biri hesab olunur. Bu sərgi dünyanın aparıcı istehsalçılarını, distribütorlarını və "HoReCa" sahəsinin peşəkarlarını bir araya gətirir. "Gulfood"da iştirak sadəcə məhsul nümayişi deyil, eyni zamanda onun qlobal keyfiyyət standartlarına və aktual bazar trendlərinə uyğunluğunun göstəricisidir. Məhz bu kontekstdə "Baku Caviar" öz məhsullarını "Gulfood" sərgisində təqdim edir. Brend üçün qara kürü istehsalı yalnız premium qastronomiya deyil, eyni zamanda Xəzər dənizinin təbiəti qarşısında uzunmüddətli məsuliyyətdir. "Baku Caviar"ın fəlsəfəsinin əsasını ekosistemin bərpası prinsipi təşkil edir: satılan hər bir kürü bankasına qarşılıq olaraq Xəzərə 10 ədəd nərə balığı buraxılır. "Baku Caviar" kürüsü müasir akvakultura texnologiyalarının tətbiqi və istehsalın hər mərhələsində ciddi keyfiyyət nəzarəti ilə hazırlanır. Bununla yanaşı, brendi beynəlxalq bazarda fərqləndirən əsas xüsusiyyət dayanıqlı inkişafa məsuliyyətli yanaşmadır - bu amil bu gün həm sahə peşəkarlarının, həm də son istehlakçıların seçimində getdikcə daha böyük rol oynayır. Aparıcı beynəlxalq sərgilərdə iştirak təcrübəsi məhsula distribütorlar, pərakəndə satış şəbəkələrinin nümayəndələri və peşəkar aşpazlar tərəfindən yüksək marağın olduğunu təsdiqləyir. Qlobal sənaye mərkəzi kimi "Gulfood", "Baku Caviar" üçün yeni tərəfdaşlıqların qurulması və dünya bazarlarında mövqeyinin genişləndirilməsi baxımından mühüm platformaya çevrilir. "Baku Caviar" brendinin istehsalçısı olan "Azerbaijan Fish Farm" şirkəti, "Global Seafood Alliance" tərəfindən verilən "Best Aquaculture Practices" (BAP) sertifikatını alan dünyada ilk nərə balığı fermasıdır. Bu sertifikat dörd əsas istiqamət üzrə beynəlxalq standartlara uyğunluğu təsdiqləyir: ətraf mühitin qorunması, qida təhlükəsizliyi, sosial məsuliyyət və heyvan rifahı. "Baku Caviar" - Azərbaycan ruhunu özündə daşıyan bir kürüdür: təbiətə qayğı, incə detallara diqqət və gələcək nəsillər üçün dəyərləri qorumaq prinsipi ilə hazırlanır. Bu məhsul heç bir sözə ehtiyac olmadan, dadı, mənşəyi və məsuliyyətli istehsal yanaşması ilə öz keyfiyyətini göstərir.


Xəzərdən qlobal bazara: "Baku Caviar" "Gulfood 2026" sərgisində Xəzərdən qlobal bazara: "Baku Caviar" "Gulfood 2026" sərgisində Xəzərdən qlobal bazara: "Baku Caviar" "Gulfood 2026" sərgisində
Mənbə oxu.az

Oxşar Xəbərlər