Cəmiyyət
2025-ci ildə ADY-nin ən sadiq sərnişini - Video
2025-ci il ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rayonlararası qatarları ilə ən çox səyahət edən sərnişin Jalə Ələkbərova olub.
Bu barədə Axar.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, uşaq musiqi məktəbinin müəlliməsi olan Jalə Ələkbərova ötən il ərzində 144 dəfə Gəncə–Qovlar marşrutu üzrə və geriyə səfər edib.
Vurğulanıb ki, bu göstərici təkcə statistik rəqəm deyil, eyni zamanda onun peşəsinə məsuliyyətini, ADY-yə göstərdiyi etimadı və qatarla səyahətə üstünlük verməsini əks etdirir.
Mənbə
axar.az