İqtisadiyyat

Azərbaycan iqtisadiyyatı 1,4% böyüdü

19 Jan 2026, 10:25 1 baxış
Azərbaycan iqtisadiyyatı 1,4% böyüdü

2025-ci ildə Azərbaycanda 129,1 milyard manatlıq və yaxud 2024-cü illə müqayisədə 1,4% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.


Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.


Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6% azalıb, qeyri neft-qaz sektorunda isə 2,7% artıb.


ÜDM istehsalının 33%-i sənaye, 11,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1%-i nəqliyyat və anbar təsərrüfatı, 6,5%-i tikinti, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1%-i informasiya və rabitə sahələrinin, 21,7%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6%-ni təşkil edib.


İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 12 602 manat olub.

Mənbə axar.az

Oxşar Xəbərlər