İqtisadiyyat
"Moody's": Azərbaycan iqtisadiyyatı ortamüddətli dövrdə yüksək artım perspektivlərini qoruyur
"Azərbaycan iqtisadiyyatı neft və qaz sektorundan asılı olmasına baxmayaraq, ortamüddətli dövrdə yüksək artım perspektivlərini qoruyur". Oxu.Az xəbər verir ki, bu barədə "Moody's Ratings"in hazırladığı hesabatda bildirilib. Hesabata görə, qeyri-neft sektorunun inkişafı ölkənin dayanıqlığını təmin edir və neft-qaz sektorundakı enmələri qismən kompensasiya edir. Agentlik bildirir ki, dövlət büdcəsində nisbətən aşağı kəsir hökumətin borc yükünü ÜDM-in 30 faizindən aşağı səviyyədə saxlayacaq və bu göstərici oxşar reytinqli ölkələrin ortalamasından xeyli aşağıdır. Eyni zamanda, bildirilib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri artmaqda davam edir, bu da hökumət üçün əlavə maliyyə buferi yaradaraq likvidlik və xarici şoklara qarşı dayanıqlığı gücləndirir. "Moody's" vurğulayır ki, iqtisadi şaxələndirmə perspektivlərinin yaxşılaşması və neft gəlirlərindən asılılığın azalması uzunmüddətli dayanıqlığı daha da möhkəmləndirəcək.
Mənbə
oxu.az