Digər

Bu qədər ərazini ələ keçirdik - Gerasimov

15 Jan 2026, 10:10 1 baxış
Bu qədər ərazini ələ keçirdik - Gerasimov

Yanvar ayının ilk günündən bəri Rusiya Silahlı Qüvvələri 300 kvadrat kilometrdən çox ərazini əhatə edən səkkiz yaşayış məntəqəsini nəzarətə götürüb.


Axar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.


“Rusiya ordusu demək olar ki, bütün istiqamətlərdə irəliləyir. Ukrayna qüvvələri Rusiya qoşunlarının nəzarəti altına keçən Kupyanskda dron və bayraqlar vasitəsilə iddia edilən varlığını nümayiş etdirməyə çalışıb. Xüsusilə, onlar Kupyanskdakı inzibati binalara dronlardan istifadə edərək Ukrayna bayraqlarını asmağa cəhd edib. Bu hərəkətlərin qarşısı alınıb”, - Gerasimov bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər