İqtisadiyyat

Spot bazarda qızıl və gümüşün qiymət rekordları yeniləndi

14 Jan 2026, 12:46 1 baxış
Spot bazarda qızıl və gümüşün qiymət rekordları yeniləndi
Geosiyasi gərginlik fonunda spot bazarda qızıl və gümüşün qiymət rekordları yenilənib. Oxu.Az-ın məlumatına görə, spot qızılın qiyməti Bakı vaxtı ilə saat 10:06-da 0.9% artaraq trua unsiyası üçün 4 628.75 dollara çatıb. Daha əvvəl qiymət trua unsiyası üçün tarixdə maksimal 4 639.62 dollara yüksəlmişdi. Gümüşün qiyməti 3.6% artaraq trua unsiyası üçün 90.04 dollara çatıb. Qiymət tarixdə ilk dəfə trua unsiyası üçün 90 dolları keçib və gün ərzində trua unsiyası üçün rekord 91.55 dollara yüksəlib. Platinin qiyməti 3.9%, palladiumun qiyməti isə 3.6% artıb. Geosiyasi risklərin artması qiymətli metalların müdafiə aktivləri kimi cəlbediciliyini artırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər