Cəmiyyət
QHT-lər Azərbaycan dilinin qorunması üçün nə edəcək? - AÇIQLAMA
"2026-cı ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müvafiq dövlət qurumları ilə birgə keçirəcəyi qrant müsabiqələrində Azərbaycan dilinin təmizliyinin qorunması əsas mövzulardan biri kimi qoyulacaq". Oxu.Az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı "Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik" mövzusunda keçirilən müşavirədə çıxışı zamanı deyib.
O bildirib ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanla tapşırılıb: "Agentliyə aidiyyəti dövlət qurumları ilə birlikdə QHT-lərin bütün növ maliyyələşdirilməsi üzrə mövzu və istiqamətlərin müəyyənləşdirilməsində iştirak, müsabiqələri birlikdə təşkil etmək tapşırılıb. Biz də bunu yerinə yetirməyi qarşıya məqsəd qoymuşuq". Aygün Mirakif

Mənbə
oxu.az
Oxşar Xəbərlər