Cəmiyyət

Sosial Xidmətlər Agentliyinin filial müdiri İŞDƏN ÇIXARILDI

09 Jan 2026, 13:20 2 baxış
Sosial Xidmətlər Agentliyinin filial müdiri İŞDƏN ÇIXARILDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı regional filialının müdiri Zaur Şahbalayev vəzifəsindən azad edilib. Oxu.Az Unikal.az-a istinadla xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb. Hələlik sözügedən filialın müdiri vəzifəsinə yeni təyinat yoxdur.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər