Cəmiyyət

Cəbrayıl və Füzulidə baş verən yanğın söndürüldü - Video

09 Jan 2026, 11:33 2 baxış
Cəbrayıl və Füzulidə baş verən yanğın söndürüldü - Video

Cəbrayıl və Füzulidə baş verən yanğın söndürülüb.


Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğınlar daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.


Mənbə axar.az

Oxşar Xəbərlər