Cəmiyyət

Bakı Dəmiryol Vağzalının turniketlərində PROBLEM YARANIB

09 Jan 2026, 10:20 2 baxış
Bakı Dəmiryol Vağzalının turniketlərində PROBLEM YARANIB
Bu gün səhər saatlarında Azərbaycan Dəmir Yollarının Xırdalan-Bakı qatarına girişdə və Dəmiryol Vağzalından çıxışda problem yaranıb. Bu barədə Oxu.Az-a verilən məlumatda bildirilib. Qeyd edilib ki, turniketlərin işləməməsi nəticəsində vağzalın çıxışında sıxlıq yaranıb.

"Qatardan düşən sərnişinlər turniketə yaxınlaşanda nəzarətçi sistemin işləmədiyini bildirib. Bizə deyildi ki, sizdən minimum məsafənin gediş haqqı çıxılacaq", - deyə məlumatda qeyd edilib. Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin şöbə müdiri Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bəzi turniketlərdə donma olmasını təsdiqləyib.
"Xırdalan stansiyasında bəzi turniketlərin sistemində qısamüddətli donmalar olub və aradan qaldırılıb. Kartla keçiddə problem yaranan sərnişinlərdən minimal məbləğ tutulacaq", - deyə B.Hacıyev bildirib. Əzizə İsmayılova
Bakı Dəmiryol Vağzalının turniketlərində PROBLEM YARANIB
Mənbə oxu.az

Oxşar Xəbərlər