Cəmiyyət
Sosial şəbəkələr, üsyankar davranış və susan uşaqlarla nə etməli? - Mütəxəssis açıqladı
Yeniyetməlik - uşaqlıq və yetkinlik arasında baş verən əhəmiyyətli fiziki, psixoloji və sosial inkişaf, eyni zamanda, özünü kəşfetmə dövrüdür. Valideyn və yeniyetmə münasibətlərində hansı tələblərə riayət edilməlidir? Yeniyetmələrin sosial şəbəkədən istifadə qaydaları necə olmalıdır? Hər bir valideynin öz övladına verəcəyi ən vacib tərbiyə bacarıqları hansılardır? Oxu.Az xəbər verir ki, bu və digər suallara Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin klinik uşaq psixoloqu Elnarə Baxışlı aydınlıq gətirib.
- Elnarə xanım, öncə bilmək istərdik ki, yeniyetmə kimlərə deyilir və onların psixoloji özəllikləri nədən ibarətdir? - Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid yolunda olan, adətən, 10-19 yaşları əhatə edən, fiziki, psixoloji, sosial və intellektual inkişafın sürətləndiyi, şəxsiyyətin formalaşdığı vacib bir mərhələdir. Yeniyetmələr müstəqillik qazanmaq və dünyanı anlamaq üçün yeni məsuliyyətlərlə üzləşməli olurlar. Çünki onlar uşaq olarkən böyüklərin həyat fəaliyyətlərinin ancaq görünən tərəflərini müşahidə edirdilər. Arxa planda baş verənləri onlardan uzaq tutmağa çalışırdıq. Amma zaman gəldikdə pərdə açılmağa başlayır və uşaqlarımız həyatın həqiqi tərəflərini tam və ya qismən görürlər. Bu dövrdə valideynin dəstəyi, müstəqilliyə can atarkən yanlarında olmaq və sosial şəbəkələrin təsirini diqqətdə saxlamaq çox vacibdir. Fiziki olaraq onların bədəni dəyişir, böyüyür, cinsi yetkinlik əlamətləri üzə çıxmağa başlayır, səs tonu dəyişir, tərləmə artır, adətlər başlayır, hormonal dəyişiklik duyğu və davranışlarda özünü göstərir. Eyni zamanda, psixoloji olaraq uşaqlarda özünüdərk və tənqidi düşüncələr yaranır. Bu dövrdə emosional mühit dəyişkən olur, tez təsirlənirlər və ya əksinə, laqeydlik görünür. Sosial maraqlar, gözləntilər dəyişə bilər. Uşaqlar bizdən uzaqlaşaraq özlərinin axtarışında olurlar. Onlarda "Mən kiməm, kimə lazımam?", "Nə üçün yaşayıram?", "Məni kim sevir, məni kim dinləyir?" kimi suallar ortaya çıxır. Bu dövrdə bir şəxsiyyət kimi təsdiq olunmaq, "sən də varsan", "ağıllısan", "bizdən birisən" kimi qarşı tərəfdən eşidilməsi istənilən sözlər çox vacib sayılır. Bunu hiss etmədikdə etiraz, üsyankar davranışları isə təəssüf ki, böyüklər tərəfindən sərt qəbul edilir. - Valideyn və yeniyetmə münasibətlərində hansı tələblərə riayət olunmalıdır? - Hər bir valideyn bilməlidir ki, uşağının böyüməsi ilə o özü də dəyişməlidir. Cəmiyyət içində uşaqlarımız bir çox xoşagəlməzliklərə şahid ola bilərlər. Çətinliklərdən, akademik fəaliyyətlərində, sevgidə və dostluqda yaşana biləcək uğursuzluqlardan heç kim sığortalanmayıb, çünki səhv etmək həyatın tələbidir. Valideyn olmaq güclü psixoloji, mənəvi və pedaqoji işdir, hətta vəzifədir. Uşaqlar üçün valideynin evdəki emosional halı, əhvali-ruhiyyəsi çox önəmlidir. Uşaq bundan qidalanır və güc alır. Çünki bu əhvali-ruhiyyə onun üçün bir Günəş şüası kimidir. Valideynlər öz aralarında olan nifaqı uşaqlara hiss etdirməməlidirlər, lakin yanlış-doğru olanları da onlara dərk etdirmək lazımdır. Valideynlər nə desələr də, nə qədər nəsihət etsələr də, uşaqlar çox zaman valideynlərinin hərəkətlərini təkrarlayırlar. - Yeniyetmələrin sosial şəbəkədən istifadə qaydaları necə olmalıdır? - Sözsüz ki, yeniyetmələr üçün vacib olan ehtiyaclar var. Müstəqilliyə hazır olmaq, qidalanmaq, təhsil almaq, istirahət etmək, tibbi yardım almaq, mənəvi inkişaf yollarını və vasitələri seçmək və s. Hər bir yeniyetmə öz hüquqlarını bilməsini, daha yaxşı yaşamağını istəyəcək, akademik maraqları üçün məsləhətlərə ehtiyac duyacaq, cinsi inkişafı ilə bağlı məlumatlar və məsləhətlər axtaracaq. Sosial şəbəkələrdə bunu təklif edən, öyrədən və yol göstərən sonsuz sayda insan olacaq, onlarla bunları müzakirə etmək daha rahat olacaq. Çünki valideyndəki kimi emosional gərginlik hissini verməyəcək, utancaqlıq yaratmayacaq. Buna nəzarət necə olunmalıdır və ümumiyyətlə müdaxilə etmək nə qədər düzgündür? Burada ən vacib iş bu dövrə hazırlıqlı olmaqdır. Yəni uşağınızın 16 yaşı varsa və siz əvvəlcədən sağlam səmimiyyətin və güvənin bünövrəsini qoymamısınızsa, uşağınızla danışmaq çox çətin olacaq. Altı-yeddi yaşından başlayaraq uşaqlar öz genderliyini dərk etməlidirlər. Bu məsələdə əsas iş tənqid etmədən, xoş niyyətlə, maraqlı görünərək, hörmətlə onların sosial şəbəkədəki fəaliyyətləri və virtual dostları haqqında danışmaq lazımdır. - Ailədaxili münasibətlər sistemi necə olmalıdır ki, yeniyetmələr şəxsi inkişaf böhranını zərərsiz keçə bilsinlər? - Hər bir ailədə fərdlərin özünəməxsus adətləri və şəxsi modellər sistemi var. Vacib olan məsələ təkcə valideynlərin necə biri olması və bu valideynlərin necə bir övlad yetişdirmək istəməsi deyil. Eyni zamanda, vacibdir ki, valideynlər bunun üçün nələr etməyə hazırdırlar və kömək üçün kimlərə, hansı qurumlara müraciət edə bilərlər. İlk vacib bağ burada ata-ana arasındadır. Bu hər zaman sabit və standart olmur. Əgər bir valideyn özü sosial psixoloji böhranları aşa bilmirsə, bu, problemin bir tərəfidir. Valideynlərin hər ikisi, yaxud biri özü yeniyetməlik böhranlarını pis keçiribsə və vaxtında psixoloji dəstəkdən imtina edibsə, onun özünün psixoloji vəziyyəti qənaətbəxş olmayacaq. Təəssüf ki, çox zaman psixoloqa mənasız dəstək kimi yanaşırlar və ən son anda artıq heç bir dərman kömək etməyəndə ona müraciət edirlər. Digər vacib əlaqə valideyn və uşaq arasındakı bağdır: valideyn nə qədər uşaq üçün əlçatandır, ünsiyyətləri hansı formada davam edir, mənəvi-emosional mübadilə nə qədər sıxdır? Ailədə iki və daha çox uşaq varsa, onlar arasında münasibətlər, valideynlərin öz bacı-qardaşları ilə ünsiyyətləri önəmlidir. Bunları nəzərə alaraq, ailə birliyi amilinə diqqət yetirilməlidir və ailənin hər bir fərdi sevildiyini hiss etməlidir. Eyni zamanda, öhdəliyi yerinə yetirmək həm özünə, həm ətrafa hörmət əlaməti olmalı, edilən səhvlərin ailə daxilində müzakirəsi aparılmalıdır. Bundan başqa, ailə üzvlərinin özünəməxsus hobbi, maraq və zövqləri təhqir obyekti olmamalı, uşaqların həyatına daxil olan yeni dost və sevimli obrazların seçimi kəskin tənqid edilməməlidir. - Hər bir valideynin öz övladına verəcəyi ən vacib tərbiyə bacarıqları hansılardır? - Yeni bilik, bacarıq və məlumatlar gərəklidir. Valideynin ilk işi özünün nümunəsidir. "Mən etdim - sən etmə, "Mən edirəm, çünki asılılığım var", "Siqareti ata bilmirəm - sən başlama" kimi cümlələri deməklə problem həll olunmur. Valideynlər səmərəli və əyləncəli məşğuliyyətlər barədə maraqlanmalı, bunları böyük həvəslə evdə tətbiq etməlidirlər. Hətta uşaq başlanğıcda qatılmaq istəməsə də, müşahidəçi kimi qala bilər. Heç kim ideal deyil, eləcə də valideynlər. Lakin bu düşüncə heç kimə haqq vermir ki, öz üzərində işləməsin və səhvlərini təkrarlasın. Dəyişilmək, başqa biri olmaq, güzəşt etmək heç də zəiflik demək deyil. Əlbəttə ki, müəyyən yaşa qədər insan orqanizmi böyüyür və onunla birgə bizim psixologiyamız da inkişaf edir. Amma müəyyən yaşdan sonra bədən böyümür, lakin psixologiyamız davamlı inkişaf ehtiyaclı olaraq qalır.

Mənbə
oxu.az