Digər

Ekvadorda silahlı atışma: 6 nəfər öldü

29 Dec 2025, 01:47 1 baxış
Ekvadorda silahlı atışma: 6 nəfər öldü

Ekvadorun Manabi əyalətində baş verən atışmada ən azı altı nəfər ölüb.


Axar.az xəbər verir ki, bu barədə “El Komersio” qəzetinin verdiyi məlumatda deyilir.


Bildirilib ki, 28 dekabr səhəri Manabi əyalətində yerləşən Puerto Lopez balıqçı kəndində silahlı şəxslər atəş açıblar. Ölənlər arasında iki yaşlı uşaq da olub.


Hadisə cinayətkar dəstələrlə əlaqəli ola bilər. Həlak olanların dəqiq sayı müəyyənləşdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər