Digər
Tramp bunu Putinə israrla bildirib - Uşakov
ABŞ lideri Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində müharibənin tezliklə başa çatmasının vacibliyini bildirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Donald Tramp ABŞ-ın həm Rusiya, həm də Ukrayna ilə iqtisadi əməkdaşlığı üçün açılan təsirli perspektivlərdən danışaraq müharibənin mümkün qədər tez başa çatdırılması fikrini israrla irəli sürüb", - deyə o bildirib.
Mənbə
axar.az