Digər

"Tramp marşutu"nun tikintisi bu tarixdə başlayacaq

28 Dec 2025, 23:30 1 baxış
"Tramp marşutu"nun tikintisi bu tarixdə başlayacaq

Biz Amerika tərəfi ilə çox intensiv işləyirik və 2026-cı ilin ikinci yarısında tikinti başlayacaq.


Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada TRIPP - Tramp İnkişaf və Rifah Yolu barədə danışarkən məlumat verib.


"Ümid edirəm ki, yaxın həftələrdə ilk sənədimiz olacaq. Gələn il beynəlxalq tərəfdaşlarımızın Ermənistana səfərləri ilə dolu olacaq", - nazir bildirib.


Müxalifətin Rusiya və İranın TRIPP-ə qarşı olduğuna inanması ilə bağlı sualı cavablandıran Mirzoyan belə cavab verib:


"Bu insanlara qulaq asmayın, yalandır. İranlı həmkarlarımız suallar verdilər, biz cavab verdik və indi həm biz, həm də İran nəqliyyat dəhlizlərinin açılması imkanlarını görürük".

Mənbə axar.az

Oxşar Xəbərlər