Digər

Bir milyon ödəsək də, qərara əməl etməyəcəyik - Siyarto

28 Dec 2025, 19:17 1 baxış
Bir milyon ödəsək də, qərara əməl etməyəcəyik - Siyarto

Macarıstan Avropa Birliyinin 2026-cı ildə qüvvəyə minən miqrasiya paktının şərtlərinə əməl etməyəcək, baxmayaraq ki, bunun üçün hər gün 1 milyon avro cərimə ödəməlidir.


Axar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Feysbuk səhifəsində yazıb.


O, hökumətin bir dənə də olsun qanunsuz miqrantı öz ərazisinə buraxmayacağını vurğulayıb:


"Biz 2026-cı ildə buna yox deyirik və əvvəlcədən bəyan edirik: Macarıstan miqrasiya paktında nəzərdə tutulan tədbirləri həyata keçirməyəcək. Biz miqrantları, paralel cəmiyyətləri istəmirik və Milad bayramlarını qorxu içində keçirmək istəmirik", - nazir bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər