Digər
Zelenski deyib ki, Ukrayna qoşunlarını çıxarmağa hazırdır
Vladimir Zelenski şənbə günü telefon danışığı zamanı Avropa liderlərinə deyib ki, Rusiya da eyni addımı atarsa, Ukrayna qoşunlarını cəbhə xəttindən çıxarmağa hazırdır.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“Lakin bunun müqabilində Ukrayna prezidenti Moskvanın sülh müqaviləsini təkrar pozması halında Kiyevin müttəfiqlərinin hərəkətlərini aydın şəkildə müəyyən edəcək etibarlı təhlükəsizlik zəmanətləri istəyir”, - nəşr bildirib.
Mənbə
axar.az